_ _    _ _____  ___   __                       
 __      _(_) | _(_)___ / ( _ ) / /_   ___ ___  _ __ ___  
 \ \ /\ / / | |/ / | |_ \ / _ \| '_ \ / __/ _ \| '_ ` _ \ 
  \ V  V /| |   <| |___) | (_) | (_) | (_| (_) | | | | | |
   \_/\_/ |_|_|\_\_|____/ \___/ \___(_)___\___/|_| |_| |_|

Kvadrat

Bu məqalə Kvadrat haqqındadır. Kvadratın digər mənaları üçün Kvadrat (dəqiqləşdirmə) səhifəsinə baxın.
Kvadrat

Kvadrat (ing. quad — dörd) — düzgün dördbucaqlı

Diaqonalları

  • Diaqonalları bir-birinə bərabərdir, hər birinin uzunluğu kvadratın tərəfinin √2 mislinə bərabərdir;
  • Diaqonalları düz bucaq altında kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür;
  • Diaqonallar həm də tənböləndir;
  • Diaqonalların hər biri ayrılıqda kvadratı sahələri bərabər olan 2 düzbucaqlı üçbucağa ayırır;
  • Kvadratın hər bir diaqonalı xaricə çəkilmiş çevrənin diametridir (həmin çevrənin radiusundan 2 dəfə uzundur);

Xassələri

  • Kvadrat — bütün tərəfləri və bütün bucaqları bərabər olan paraleloqramdır.
  • Daxili bucaqlarının cəmi 360°-dir (4•90°=360°).
  • Tutaq ki, kvadratın tərəfi , xaricinə çəkilmiş çevrənin radiusu , daxilinə çəkilmiş çevrənin radiusu isə -dir.
  • Kvadratın xaricində bucaqlarının cəmi 360 dərəcədir.
    • Daxilə çəkilmiş çevrənin radiusu:
      ,
    • Xaricə çəkilmiş çevrənin radiusu:
      ,
    • Kvardratın perimetri:P=4a
      ,
    • Sahəsi: S=a×a=a2
      .